Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 08:04
Artırılmış reallıq və virtual reallıq terminlərini tez-tez eşidirik. Bu iki termin tez-tez bir-birinin yerinə istifadə edilsə də, əslində bu səhv bir istifadədir və iki texnologiya bir-birindən olduqca fərqlidir.
Virtual reallıq və artırılmış reallıq eyni şey deyil. Oculus Rift ilə birlikdə virtual reallıq dəstləri getdikcə məşhur oldu. AR isə bəlkə də ən çox Pokemon GO ilə adını eşitdirdi. Texniki olaraq bənzər olan bu iki texnologiyanın anlayışları isə çox fərqlidir.
Virtual reallıq ən fundamental qayda sizə olmadığınız bir yeri göstərməsidir. Salonda oturarkən özünüzü səmada görürsünüzsə, bu virtual reallıqdır. Ümumiyyətlə bu texnologiyalar xarici sensorlar istifadə edilərək 6 dərəcəyə qədər azadlıq verən 6DOF adlı bir infrastruktur istifadə edir.
Artırılmış reallıq isə bizi həqiqətdən ayırmaz, reallığın daha fərqli hala gəlməsini təmin edir. Bu texnologiyanın ən sadə nümunəsi isə Pokemon GO-dur. Adətən boş dayanan tavanda bir Magikarp olmasını təmin edən şey budur. Hələlik telefon ekranlarında ya da HoloLens kimi eynəklərdə gördüyümüz bu texnologiya, qarşınıza çıxan görünüşləri öz məzmununa görə dəyişdirməz. Adətən görəcəyiniz şeylər üzərindən hərəkət edir, fikirinizi inkişaf etdirir.