Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 13:00
Bakı. Trend:
2019-cu ilin yanvar-aprel aylarında ölkədə 23 813,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Trend-in məlumatına görə, ÜDM istehsalının 46,5 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 2411,8 manata bərabər olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin