Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 21:44
Hindistanlı insayder Sudhanşu Ambhor Tvitter səhifəsində, Huawei şirkətinin yeni flaqmanı haqqında ətraflı məlumat yayımlayıb.
Xatırladaq ki, Çin istehsal nəhəngi Cənubi Koreyanın Samsung şirkətinin flaqman smartfonları ilə birbaşa rəqabət aparacaq olan Huawei P40 və Huawei P40 Pro smartfonlarını istehsal etməyə hazırlaşır.
TED.az xarici mətbuata istinadən xəbər verir ki, mənbə, Huawei P40 və Huawei P40 Pro-da istifadə ediləcək texnologiyaların marketinq adlarını açıqlayıb. Birincisi, söhbət istehsalçının bu il Huawei Ultra Vision Camera adını verməyə qərar verdiyi flaqman kamerasından gedir. Bundan başqa, Huawei Ultra Vision Sensor adlı sensor da qeyd olunur.
Daha əvvəl bildirilmişdi ki, Huawei P40 və Huawei P40 Pro-nun ekranları dörd tərəfin hamısından büküləcək. Smartfonun bu xüsusiyyəti istehsalçı tərəfindən Huawei Quad-Curve Overflow termini ilə adlandırılacaq.
Nəhayət, Huawei P40 və Huawei P40 bu il Huawei EasyCharge adlanan təkmilləşdirilmiş sürətli enerji toplama texnologiyası üçün dəstək alacaq.
Huawei şirkəti, Huawei P40 və Huawei P40 Pro flaqman smartfonlarının təqdimatını 2020-ci ilin mart ayının sonunda keçirəcəyini açıqlayıb.