Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 08:22
Macarıstanda zəruri əməkçi kadrların çatışmaması ilə bağlı çətinlik çəkən şirkətlərin sayı getdikcə azalır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Macarıstan iqtisadiyyatında işçi qüvvəsinin kəskin çatışmazlığı dövrü tədricən keçmişdə qalır.
Avropa Komissiyasının yaxın vaxtlarda dərc edilmiş məruzəsinə görə, Macarıstanda dövlət təşkilatlarının və özəl şirkətlərin yalnız yarısı işçi qüvvəsinin çatışmadığını etiraf edib.
Xatırladaq ki, bir neçə il bundan əvvəl şirkətlərin 70 faizi bu problemin mövcud olduğunu bildirirdilər. Bu cür şikayətlərin azalması 50 faizə bərabər olan böhran həddinin geridə qalmasına dəlalət edir.