Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Brüqqe Aİ məkanında turistlərin elektrik kateri ilə daşındığı ilk şəhər olacaq

Brüqqe Aİ məkanında turistlərin elektrik kateri ilə daşındığı ilk şəhər olacaq

Tarix: 17 Yanvar 2020 08:34

Çərşənbə günü Belçikanın Brüqqe şəhərində Aİ məkanında ilk dəfə olaraq turistlər üçün elektrik kateri fəaliyyətə başlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, uzunluğu 9 metr, eni 2 metrdən çox olan gəmi şəhər kanalına kran vasitəsilə buraxılıb.

Elektrik katerinin ətraf mühitə buraxdığı karbon qazı sıfır səviyyəsindədir. Bu halda dizel yanacağı ilə işləyən katerlərlə müqayisədə xoşagəlməz qoxu və səs-küy yox dərəcəsindədir. Katerin yaratdığı dalğalar daha zəif olduğuna görə onun sahilyanı divarlara ziyanı da minimum dərəcədədir.

Yeri gəlmişkən, bu katerin qiyməti də bahadır. O, dizel yanacağı ilə işləyən "həmkarı" ilə müqayisədə iki dəfə baha başa gəlir.


Etiketlər:  Brüqqe məkanında turistlərin elektrik kateri ilə daşındığı şəhər olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ