Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 17:21
Bakı. Trend:
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz olacaq. Lakin yanvarın 18-də axşam, 19-da yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.
Lənkəran-Astara zonasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.
Qazax-Gəncə zonasında hava əsasən yağmursuz olacaq. Lakin yanvarın 19-da bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti olacaq.
Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 19-da arabir yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.
Naxçıvan MR-da arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-8, dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Paytaxtda isə gecə və axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, yanvarın 19-da gündüz mülayimləşəcək.Havanın temperaturu gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin