Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 20:16
Təlim-məşq toplanışını Antalyada davam etdirən “Səbail" bu gün ikinci yoxlama oyununu keçirib.
Qol.az xəbər verir ki, Aftandil Hacıyevin komandası Ukraynanın “Olimpik” klubu ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub. "Səbail"in yeganə qolunu 60-cı dəqiqədə Maykl Essyen vurub.
Yoxlama oyunu
18:00 “Səbail” – “Olimpik” (Donetsk) - 1:3
“Miracle Resort Otel”
Qeyd edək ki, “Səbail” Antalyadakı ilk sınağında Qazaxıstanın “Jetısu” klubuna 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi yanvarın 21-də “Voluntari” (Rumıniya), 25-də isə “Korona” (Polşa) klubları də qarşılaşacaq.