Tarix: 18 Yanvar 2020 17:22
Millimizin üzvü Rüfət Dadaşovun ABŞ-ın “Feniks Rizinq” klubundakı gəliri məlum olub.
Qol.az ABŞ mətbuatına istinadən xəbər verir ki, ikinci liqa təmsilçisi hücumçuya illik 150 min dollar maaş ödəyəcək. Dadaşov yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Rüfət Dadaşov ötən həftə Almaniyanın 3-cü liqa təmsilçisi “Proyssen”dən ABŞ klubuna keçib.