Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 17:57
Bakı. Sara İsrafilbəyova, Xeyrəddin Nəsirzadə - Trend:
Azərbaycanın milli ödəniş sisteminin dövriyyəsi son 3 il ərzində 73 faiz artaraq 174 milyard manat təşkil edib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.
Onun sözlərinə görə, son 3 ildə Azərbaycanda nağdsız hesablaşmalarda artım müşahidə olunur.
Departament direktoru qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı 2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişlənməsi üzrə Dövlət Proqramı 4 istiqamət, 16 prioritet və 60 tədbiri əhatə edir.
K.Qurbanova əlavə edib ki, 2019-cu ilin sonunadək Mərkəzi Bank ani ödənişlər sistemini işə salmağı planlaşdırır:
“Əvvəlcə fiziki şəxslər, 2020-ci ildə isə hüquqi şəxslər arasında hesablaşma sistemini işə salmaq nəzərdə tutulur”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin