Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 23:34
Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün istirahət edib.
Sonxeber.net klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün Rumıniyanın "Akademika Klinçeni" klubu ilə keçirilən yoxlama oyunu (2:2) ilə Antalyadakı toplanışın ilk mərhələsini başa vuran komanda bir günlük istirahətin ardından sabah ikinci mərhələyə start verəcək.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Antalyada daha 3 oyun keçirəcək. Ağdam təmsilçisi yanvarın 22-sində Qazaxıstanın "Jetisu", 25-ində isə Çexiyanın "Siqma" və Polşanın "Visla" (Plok) komandaları ilə üz-üzə gələcək.