Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 20:08
SpaceX və Tesla kimi şirkətləri ilə tanınan İlon Mask, Starship proyekti ilə bağlı iddialı fikirləri təsdiqləyib. Hazırda Maskın ən böyük planı Mars planetinə insanların getməsini təmin etməkdir. Beləliklə, Marsa insan koloniyasının təməlləri atılmış olacaq.
Sonxeber.net technote-yə istinadən xəbər verir ki, Mask Marsda insan koloniyası qurmaq üçün böyük miqdarda megaton lazım olduğunu bildirib.
Mask Starship gəmilərinin gündə 3 dəfə uçuş etmək bacarığının olduğunu yazıb.
Bundan sonra bir istifadəçi gün ərzində 3 uçuşdan 2050-ci ilə qədər 1 milyon insanın Marsa gedə biləcəyini hesablayıb. Mask da bunu təsdiqləyib.
Mask yeni təqdim olunan Cybertruck pikapının Starship gəmisi ilə Marsa gedə biləcəyinə də işarə edib.