Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi" ilə oyuna xüsusi hazırlaşmamışdıq"

Tarix: 21 Yanvar 2020 10:36

“Ümumi nəticə pis deyil. Dərhal iki cavabsız qol vurduq. Ancaq kefiyyət tam istədiyim kimi olmadı. Bu gün oyunçularımda hədsiz top itkisi var idi. Bu da başadüşüləndir. Onlar çempionat başlayana qədər tam hazır olmaq istəyirlər. Ola bilsin məşqlərə ara vermədən davam etməyimiz oyunçularda biraz əsəbilik yaradıb. Qələbəyə baxmayaraq, oyun keyfiyyəti məni qane etmədi”.

Qol.az xəbər verir ki, bu sözləri “Dinamo”nun (Kiyev)  məşqçisi Vadim Yevtuşenko "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına deyib.

"Təəssüf ki, ikinci hissədə topa nəzarəti öz üzərimizə götürə bilmədi. Qısa hücumlar, çoxlu top itkiləri oldu. İkinci hissədə razılığa əsasən, rəqibin topları ilə oynadıq. Əlbəttə, bununla özümüzə bəraət qazandırmıram. Amma çoxlu yanlışlığın mümkün səbəblərindən biridir. Çox yaxşı, perspektivli əks-hücumlar var idi. Lakin bunları məntiqi sonluğa çatdıra bilmədik" - deyə o bildirib.

V.Yevtuşenko "Neftçi" ilə matça xüsusi hazırlaşmadıqlarını vurğulayıb: "Öz proqramımız var və matçlar yorğunluq fonunda keçirilir".

Ukraynalı mütəxəssis rəqibin çıxışını da qiymətləndirib: "İkinci hissədə məşqçilərin futbolçularına möhkəm və aqressiv oynama tapşırığı verdikləri görünürdü. Həqiqətən də rəqib fasilədən sonra aqressivliyini artırmışdı. Kombinasiyalı oyunumuzun alınmamasının bir səbəbi də bu idi. Rəqib bəzən kobud da oynayırdı. Amma bu futboldur. Buna görə də keçmək lazımdır".

 


Etiketlər:  Neftçi ilə oyuna xüsusi hazırlaşmamışdıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ