Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 17:51
"Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, müşahidəçilərin akkreditasiyası davam edir və bu rəqəm artacaq.
MSK sədri qeyd edib ki, Türkiyə, Belarus, Moldova və digər bır sıra ölkələrin Mərkəzi Seçki Komissyalarının sədrləri seçkilərdə iştriak edəcək.
M.Pənahov əlavə edib ki, yerli müşahidəçilərin sayı 30231 nəfərə çatıb. Onlardan 1012- müşahidəçi MSK-da, 29 min 219 nəfəri isə DSK-larda qeydiyyatdan keçib.