Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 19:52
Bakı. Trend:
Musa Xudiyev yanvarın 21-dən AFB Bankın İdarə Heyəti Sədrinin müşaviri vəzifəsi üzrə işə qəbul edilib.
AFB Bankdan Trend-ə verilən məlumata görə, bank sahəsində 13 illik təcrübəyə malik olan Musa Xudiyev “Zaminbank” ASC-də bir sıra vəzifələrdə, “Bank Standard” QSC-də rəhbər vəzifələrdə, son olaraq isə “Rabitəbank” ASC-də Filialların idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlayıb. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin