Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 14:44
“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada davam etdirir.
Qol.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” bu gün iki məşqə çıxıb. Mirabdulla Abbasov və Anton Krivotsyuk da komanda ilə məşqlərə qoşulub. Səhər məşqi əsasən fiziki gücün artırılmasına hesablanmış tapşırıqlardan ibarət olub. Axşam məşqi isə toplu çalışmalarla başlayaraq, ikitərəfli oyunla başa çatıb.
Qeyd edək ki, bununla da qardaş ölkədəki məşqləri yekunlaşdıran “Neftçi” sabah sonuncu sınaq matçına çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da “Emir Hotels Spor Kompleksi”ndə Ukraynanın “Desna” klubu ilə qarşılaşacaq komandanın üzvləri yanvarın 25-i Bakıya qayıdacaq.