Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 21:52
Çexiyanın Skoda şirkəti fevralın 3-də rəsmi olaraq Vision IN adlı ucuz krossoverin təqdimatını keçirmək niyyətindədir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, yolsuzluğun ehtimal olunan görünüşünü qismən açıqlayan eskizlər artıq istifadəçilər üçün əlçatandır. Mühəndislər bu avtomobildə krossoverin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən təkmilləşdirilmiş MQB A0 IN platformasından istifadə ediblər. Yeni model oxşar radiator barmaqlığı və işıq diodu optikası ilə məşhur Kamiq yolsuzluğuna bənzər stilistikaya malikdir.
Lakin bamper və kuzanın yan hissələri Vision IN modelinə daha fərdi görünüş verir. Xatırladaq ki, krossoverin kapotunun altında 1,0 litrlik mühərrik quraşdırılıb, həmçinin 1,5 litrlik benzin mühərriki ilə təkmilləşdirilmiş modifikasiya təqdim ediləcək.