Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş Polis İdarəsi orta məktəbdə uşaq oğurlayan qadınla bağlı araşdırmalara başladı (FOTO)

Baş Polis İdarəsi orta məktəbdə uşaq oğurlayan qadınla bağlı araşdırmalara başladı (FOTO)

Tarix: 24 Yanvar 2020 09:48

Bakı. Samir Əli - Trend:

Bakıda orta məktəbin qarşısında uşaqları oğurlayan qadının olması ilə bağlı məlumatlar Bakı şəhər Baş Polis İdarəsi tərəfindən nəzarətə götürülüb.

İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru, Elşad Hacıyev Trend-ə bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb: "Tərəfimizdən müvafiq araşdırmalar aparılır".

Xatırladaq ki, "Whatsapp" sosial şəbəkəsində Bakıda uşaq oğurlamaqla məşğul olan qadının fotosu paylaşılıb.

Deyilənə görə, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları aldadaraq oğurlamaq istəyib. Ərazidə olan valideynlər qadına mane olublar.

Baş Polis İdarəsi orta məktəbdə uşaq oğurlayan qadınla bağlı araşdırmalara başladı (FOTO) Baş Polis İdarəsi orta məktəbdə uşaq oğurlayan qadınla bağlı araşdırmalara başladı (FOTO)


Etiketlər:  Baş Polis İdarəsi orta məktəbdə uşaq oğurlayan qadınla bağlı araşdırmalara başladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ