Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 13:02
"Bakıda axşam saatlarında sulu qar yağsa da qısamüddətli olacaq".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yağıntıya baxmayaraq Bakıda qar örtüyü əmələ gəlməyəcək:
"Quba, Xaçmaz, Lənkəran, Lerik, Zaqatala, Balakən, Naxçıvanda və digər dağlıq ərazidə qar örtüyü yaranacaq. Amma qar örtüyü uzunmüddətli olmayacaq. Bu il qış daha mülayım keçir. Yağıntı miqdarı da azdır".