Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağda iki erməni hərbçisi yaralanıb

Qarabağda iki erməni hərbçisi yaralanıb

Tarix: 24 Yanvar 2020 14:04

Bakı. Trend:

İşğal altında olan Dağlıq Qarabağda Ermənistan qoşunlarının iki hərbçisi yaralanıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, insident işğal olunmuş bölgədə yerləşən hərbi hissələrin birində baş verib.

Hadisə nəticəsində 19 yaşlı Henri-Ayk Zakaryan ağır yaralanıb, adı açıqlanmayan digər hərbçinin vəziyyəti orta ağır olaraq dəyərləndirilir.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qarabağda erməni hərbçisi yaralanıb


RƏYLƏR