Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFFA Nazim Süleymanovun ittihamına cavab verdi

AFFA Nazim Süleymanovun ittihamına cavab verdi

Tarix: 24 Yanvar 2020 14:44

AFFA Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının bugünkü mətbuat konfransının bu qurumun təzyiqi ilə baş tutmaması haqda xəbərlərə münasibət bildirilib.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Qol.az-a açıqlamasında bildirib ki, AFFA-nın tədbirin keçiriləcəyi nəzərdə tutulan “Altus” oteli ilə heç bir əlaqəsi yoxdur:

“Həmin otelin harada yerləşməsi haqda şəxsən mənim məlumatım yoxdur. Tədbir AFFA-nın icarəçiliyində olan hər hansı bir inzibati binada keçirilsəydi, AFFA ilə bağlı nəsə deyilə bilərdilər. Ancaq hansısa bir oteldə tədbir baş tutmayıbsa, bunu otel rəhbərliyi ilə həll etsinlər. O otelin AFFA-ya heç bir aidiyyatı yoxdur”.

Xatırladaq ki, Həmkarlar İttifaqının sədri Nazim Süleymanov jurnalistlərə deyib ki, otellə əvvəlcədən razılıq əldə olunsa da, bu gün onlara texniki səbəblərlə əlaqədar tədbirin keçirilməsinin mümkün olmayacağı bildirilib. Lakin N.Süleymanov problemin yaranmasında AFFA-nın rolu olduğunu iddia edib.

Qeyd edək ki, mətbuat konfransında futboldakı problemlə əlaqədar ölkə Prezidentinə müraciət ediləcəyi gözlənilirdi.

 


Etiketlər:  AFFA Nazim Süleymanovun ittihamına cavab verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ