Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biləsuvar gəncləri ''Könüllü qonaq'' təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər - FOTO

Biləsuvar gəncləri ''Könüllü qonaq'' təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər - FOTO

Tarix: 24 Yanvar 2020 16:28

Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili" elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan "Könüllü qonaq" təşəbbüsü Biləsuvar gəncləri tərəfindən davam etdirilib.

Sonxeber.net bildirir ki, Gənclər rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan növbəti sakinin evinə baş çəkiblər.

Təmizlik işləri aparan, ev, həyət və bağda səliqə-sahman yaradan gənclər ev sakinləri ilə çay süfrəsi ətrafında səmimi söhbətlər edib və bu əsnada ev sahibi öz həyat hekayəsini gənclərlə paylaşıblar.

Biləsuvar gəncləri ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.


Etiketlər:  Biləsuvar gəncləri Könüllü qonaq təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ