Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 22:36
Antalyada təlim-məşq toplanışı keçirən "Qəbələ" bu gün son yoxlama oyununa çıxıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "qırmızı qaralar" Rumınyanın "Konkordiya" komandası ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
"Qəbələ"nin qollarını Asif Məmmədov (21) və Amin Seydiyev (52) vurub.
Qeyd edək ki, bunadək üç yoxlama oyunu keçirən "Qəbələ" Macarıstanın MTK (0:3), Rusiyanın "Çayka" (3:0) və Bolqarıstanın "Etar" (0:0) komandaları ilə üz-üzə gəlib.