Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 16:27
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək istəyən təşkilatların adları məlum olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu gün Mrkəzi Seçki Komissiyasnda exit-poll keçirmək istəyən təşkilatların müraciətinə baxlıb.
Əvvəlcə Əmək Hüquqlarının Müdafiə Liqasının ("AJF&Associates İnc." təşkilatı (Amerika Birləşmiş Ştatları ilə birgə)) müraciətinə baxlıb. MSK sədrinin müavini Rövət Qasımov bildirib ki, bu təşkilatlar Azərbaycanda əvvəki seçkilərdə də exit-poll keçirib və etibarlı nəticələr əldə edib. O qeyd edib ki, təşkilat 1053 seçki məntəqələrində seçicilərin rəyini öyrənəcəklər.
R.Qasımov vurğulayıb ki, 2106 müsahibəçinin, 47 supervayzerin bu prosesə cəlb olunması nəzərdə tutulur. Müraciət səsə qoyularaq qəbul edilib.