Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Novorossiysk kəməri ilə bu il neft nəqli həyata keçirilməyib

Bakı-Novorossiysk kəməri ilə bu il neft nəqli həyata keçirilməyib

Tarix: 27 Yanvar 2020 18:32

Bakı-Novorossiysk kəməri ilə bu il neft nəqli həyata keçirilməyib.

Sonxeber.net bildirir ki, bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

SOCAR rəsmisi bildirib ki, sözügedən xətlə neftin nəqlinin dayandırılması texniki xarakter daşıyır.

Onun sözlərinə görə, nəql üçün bir neçə kəmərdən istifadə edilə bilər:

"Həcmləri bir istiqamətdən digər istiqamətə yönəldə bilirik. Bu il Bakı-Novorossiysk kəməri ilə neft tədarük edilə bilər. Bu, istisna edilmir. Amma hələlik vaxt və həcm üzrə plan yoxdur".

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına (Qara dəniz) nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.


Etiketlər:  Bakı Novorossiysk kəməri ilə neft nəqli həyata keçirilməyib


RƏYLƏR