Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 01:08
"Zirə"dən ayrılan Soni Nordenin Malayziyanın "Melaka Yunayted" klubunda debütü uğurlu alınıb.
Qol.az xəbər verir ki, haitili hücumçu "Negeri Sembilan" ilə yoxlama matçında het-trik edib. 30 yaşlı futbolçu 5, 55 və 66-cı dəqiqələrdə fərqlənib. Qarşılaşma "Melaka Yunayted"in 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Norde 2019-cu ilin yayında "Zirə"yə keçmişdi. Qəsəbə təmsilçisi qış fasiləsində hücumçunun müqaviləsini qarşılıqlı razılaşma əsasında pozmuşdu.