Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 09:09
Xalq artisti Rafael Dadaşov yenidən xəstəxanaya yerləşdirilib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə aktyor özü "5/5" verilişinin canlı efirinə telefon vasitəsilə qoşularaq məlumat verib.
Proqramda ad gününü qeyd edən aparıcı hacı Nuranı təbrik edən R.Dadaşov səhhətində yenidən problemlərin yarandığını və təcili şəkildə xəstəxanaya yerləşdirildiyini bildirib.
Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.