Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

30 şahzadəni casus bilərziklə izləyir - Sensasion iddia

30 şahzadəni casus bilərziklə izləyir - Sensasion iddia

Tarix: 28 Yanvar 2020 09:20

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman barədə sensasion iddia yayılıb.

Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, "New Gulf" nəşri Salmanın rəqib gördüyü 30-dan çox şahzadə ailəsini İsrail istehsalı olan casus elektron bilərziklə izlədiyi barədə məlumat yayıb.

İddialara görə, elektron bilərziklərlə izlənənlər arasında keçmiş vəliəhd şahzadə Məhəmməd bin Nayef və Milli Qvardiyanın sabiq rəhbəri Miteb bin Abdullah da var.

Körfəz mənbələri şahzadə Salmanın İsrailin NSO şirkətinin istesahlı olan casus bilərziklərlə müxalifəti təqib etməsinin səbəbini hücum cəhdlərinin qarşısını almaqla əlaqələndirirlər.


Etiketlər:  şahzadəni casus bilərziklə izləyir Sensasion iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ