Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 11:52
Analizdən əvvəl cinsi əlaqədə olduğuma görə, dopinq testinin nəticəsi yanlış çıxıb.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, bu sözləri kanadalı idmançı, 11 qat dünya çempionu Laurens Vinsent Lapoint deyib.
İdmançı dopinq üçün növbəti testdən keçərkən qanında narkotik vasitə sayılan "ligandrop" aşkar edilib. Laurensin sözlərinə görə, bu dərman bir kişi ilə cinsi əlaqədə olduqdan sonra orqanizminə daxil olub. O, qadağan olunmuş dərmandan istifadə etmədiyini söyləyib.
Həkimlər idmançının cinsi partnyorunun saçından nümunə götürülərək yenidən müayinə ediblər. Nəticədə kişinin qanında "ligandrop" maddəsi aşkar edilib. Kişi dərmanın müalicəsi üçün qəbul etdiyini etiraf edib.
Bundan sonra kanadalı çempion bəraət alıb.