Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır

Tarix: 28 Yanvar 2020 13:00

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 27-də 62,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,51 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,42 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,47 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,35 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,48 dollar/barel azdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan nefti ucuzlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ