Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 16:03
Bu gün cihazlar üçün istifadə edilən litium-ion akkumulyatorları bərkdir və ölçüsü böyükdür . Onlar çox yer tutur, hətta zədələnmə zamanı alışma riskinə görə təhlükəlidir. Amerikalı alimlər sıxılma və dartılma kimi mexaniki təsirlərə dayanıqlı elastik polimer batareya hazırlamağa nail olublar.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, bundan əvvəl polimerlərdən istifadə nəticəsində hazırlanmış akkumulyatorların elastik olmasına baxmayaraq, həmçinin bir sıra çatışmazlıqlara malik olublar. İstifadə zamanı onlar sıza, hətta alışa bilərdilər. Stenford Universitetinin alimləri bu problemi aradan qaldırıblar. Onlar daimi çıxış gücünü təmin edən həmcins elastik polimer hazırlayıblar. Batareya həm öz əsas funksiyasını yerinə yetirir, həm də sıxıla, qatlana və dartıla bilir. Elastikliyi sayəsində yeni batareya qurğunun formasına uyğunlaşa biləcək.
Emil Hüseynov