Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dmitri Nazarov üçün 90 dəqiqə

Dmitri Nazarov üçün 90 dəqiqə

Tarix: 29 Yanvar 2020 10:22

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə "Vehen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin futbolçusu sonadək mübarizə aparıb. Cari mövsümdə 7 qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

19 turdan sonra 29 xala malik "Ersgebirge" 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Dmitri Nazarov üçün 90 dəqiqə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ