Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 10:36
Bakı. Trend:
9 saylı Binəqədi ikinci Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarov yanvarın 28-də seçicilərlə görüşlərini davam etdirib.
Trend-in məlumatına əsasən, o, M.Ə. Rəsulzadə qəsəbəsinin Abdinbəyov və Xutor yaşayış massivinin S.Bəhlulzadə küçələrinin bir qrup sakini ilə görüşüb.
Görüş zamanı seçicilər yaşadıqları ərazilərin problemlərini həll etmək üçün deputatlığa namizəddən kömək göstərməyi xahiş edib, ona bir sıra tapşırıqlar veriblər.
K.Qafarov bu arzu, istək və tapşırıqlara qanuna müvafiq qaydada yanaşacağını və onları nəzarətdə saxlayacağını bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin