Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MÜSİAD-in Azərbaycan şöbəsinin rəhbəri Elazığ zəlzələsi ilə bağlı mətbuata açıqlama verib

MÜSİAD-in Azərbaycan şöbəsinin rəhbəri Elazığ zəlzələsi ilə bağlı mətbuata açıqlama verib

Tarix: 29 Yanvar 2020 15:40

Bakı. Trend:

Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin rəhbəri Abdurrahman Uzun Türkiyənin Elazığ şəhərində meydana gələn zəlzələ haqqında mətbuata yazılı açıqlama verib.

Trend-in məlumatına görə, A.Uzun açıqlamasında bunları deyib:

"41 vətəndaşımızın itkisinə səbəb olan və bizləri yasa qərq edən Elazığ zəlzələsində həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr, yaralılarımıza şəfalar diləyirəm.

Ölkəmiz bütün rəngləriylə böyük bir millətə sahibdir; bir parçası əksilsə, hamımızın canı yanar. Elazığ və ətraf rayonların yaşadığı bu fəlakət ürəyimizi yandırarkən ölkəmizin hər tərəfindən gələn kömək tələbləri bütün vətəndaşlarımızın bir ürək, bir yumruq olması, acımızı bir az da olsa yumşaltmış, birlik və bərabərliyimizin necə sağlam bir təmələ dayandığını təkrar göstərmişdir.

Çətin şərtlər altında gözünü qırpmadan canını ortaya qoyan və gecəsini gündüzünə qataraq qaranlığa sıxışmış onlarla nəfəsi gün işığına qovuşduran Axtarış Xilasetmə Qruplarına ürəkdən minnətdarlığımı bildirirəm.

Rəbbim vətənimizi hər cür fəlakətdən qorusun, başımız sağ olsun".

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 41-ə çatıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  MÜSİAD Azərbaycan şöbəsinin rəhbəri Elazığ zəlzələsi ilə bağlı mətbuata açıqlama verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ