Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məntəqələrdə xüsusi panduslar quraşdırılacaq

Məntəqələrdə xüsusi panduslar quraşdırılacaq

Tarix: 29 Yanvar 2020 15:58

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar hərəkət məhdudiyyəti olan vətəndaşların səs vermələri üçün lazımi şərait yaradılır. Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə secki-2020.az saytına Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov məlumat verib.

Onun sözlərinə görə, ehtiyacı olan bütün məntəqələr xüsusi panduslarla təmin edilir:

"Bununla bağlı məntəqələrdə xüsusi panduslar quraşdırılır ki, hərəkət məhdudiyyəti olan seçicilər sərbəst şəkildə məntəqəyə daxil olaraq səsvermə hüququndan istifadə edə bilsinlər. Bütün bunlar diqqət mərkəzindədir və heç kəs diqqətdən kənarda qalmayacaq. Hərəkət məhdudiyyətli seçicilərin də səsvermə hüquqları var, onların bu hüquqları tanınır".


Etiketlər:  Məntəqələrdə xüsusi panduslar quraşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ