Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 20:21
Bakı. Samir Əli - Trend:
Suraxanı rayonunda avtomobil yolunun kənarında dayanan qadının şəxsiyyəti müəyyən olaraq, Suraxanı RPİ 31-ci polis bölməsinə gətirilib.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ və Suraxanı RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə qadının hərkətlərində inzibati xətanın tərkib əlamətləri müəyyən olunub.
43 yaşlı şəxslə profilaktiki söhbətlər aparılıb, əməlinin hüquqazidd olması ona izah olunmaqla, barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.