Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sağlamlığını qışda çayda çimməklə qoruyur - VİDEO - FOTO

Sağlamlığını qışda çayda çimməklə qoruyur - VİDEO - FOTO

Tarix: 29 Yanvar 2020 22:44

Ağdaş rayon Qarağansədi kənd sakini 57 yaşlı Nəriman Dadaşov ilin bütün fəsillərində, eləcə də qış aylarında çayda çimir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, rayon ərazisindən keçən Türyançay çayında və Şirvan kanalında həftədə üç dəfə çimən Nəriman Dadaşov, bunu həm də cana faydalı hesab edir.

Onun sözlərinə görə, soyuq suya baş vurduğu ilk gündən bəri səhhətindən şikayətlənməyib: "Özümü daha gümrah və güclü hiss edirəm. Soyuq su immuniteti gücləndirir, amma şaxtalı havada çayda çimməyi hər kəsə tövsiyə etmirəm. Bunun üçün soyuq suya tədricən vərdiş etmək lazımdır. Əks halda bu, xəstəliklə nəticələnə bilər. Dörd il bundan əvvəl mən də sizin kimi fikirləşirdim ki, görəsən qışda çayda çimə bilərəm? Vərdiş nəticəsində buna nail oldum. Qış aylarında çayda çiməndə özümü çox rahat hiss edirəm".


Etiketlər:  Sağlamlığını qışda çayda çimməklə qoruyur VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ