Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 23:46
ABŞ-ın 2018-ci il istehsalı olan "Venom" (Zəhər) filmi sosial mediada səs-küy yaradıb.
Sonxeber.net xəbər verir ki, baş rolda Tom Hardinin oynadığı filmin bəzi kadrlarında çinli qadının ilan yedikdən sonra bazardakı insanlara hücum edərək onları yeməyə cəhd göstərdiyi əks olunub. Onun paltarındakı CORINNE yazısı da koronavirusa dəlalət etməsi barədə şübhələr yaradıb.
Bəzi Tvitter istifadəçiləri heç nəyin təsadüf olmadığını və ABŞ-ın dərman sektorunu canlandırmaq üçün bu yola əl atdığını yazıb. Digərləri isə filmlə yayılan virus arasında heç bir bağın olmadığını və səhnələrin montajla yığıldığını iddia edib.
Terrorizm və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar da sosial media hesabında olayla bağlı paylaşım edib. (publika.az)