Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobillər sürücülərə nəzarət edəcək

Avtomobillər sürücülərə nəzarət edəcək

Tarix: 30 Yanvar 2020 08:48

Bosch şirkətinin mühəndisləri avtomobillərin sürücülər üzərində nəzarət sistemini hazırlayıblar.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeni sistem avtomobilin video kamerasına quraşdırılan süni intellekt əsasında işləyəcək.

Sistem sükan arxasında olan sürücünün davranışlarına nəzarət edəcək. Yeni sistemdəki süni intellekt sürücünün yorğunluq, diqqət yayınma və yuxululuq əlamətlərini təhlil edəcək. Təhlil üçün isə süni intellektə öncədən hazırlanmış video görüntülərlə bir neçə nümunələr öyrədiləcək.

Bosch mütəxəssisləri gələcəkdə sözügedən sistemə daha bir funksiya əlavə edəcəklər. Funksiyaya əsasən, süni intellekt sürücünün halı pisləşdikdə avtopilot və digər köməkçi vasitələri sönməyə qoymayacaq.

Süni intellekt sistem əsasında istismar ediləcək avtomobillərin 2022-ci ildə istifadəyə veriləcəyi gözlənilir. 2025-ci ildə isə bu standartlar EuroNCAP avtomobillərinin sertifikatlaşdırılması zamanı nəzərə alınacaq.


Etiketlər:  Avtomobillər sürücülərə nəzarət edəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ