Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 14:56
İbrahima Niasse "Qəbələ"dən ayrılıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, seneqallı yarımmüdafiəçi Yunanıstanın "Lamiya" klubuna keçib.
Qeyd edək ki, Niasse 2019-cu ilin oktyabrında "Qəbələ"yə keçmişdi. O, 2013/14 mövsümündə də "Qəbələ"də oynayıb. Niasse 2017-ci ilin yanvarından 2018-ci ilə qədər Yunanıstanın "Levadiakos" klubunda çıxış edib.