Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Motorola-nın yeni flaqman smartfon modelinin təqdimat tarixi məlum oldu

Motorola-nın yeni flaqman smartfon modelinin təqdimat tarixi məlum oldu

Tarix: 30 Yanvar 2020 23:20

Biz artıq dəfələrlə xəbər vermişik ki, Motorola şirkəti bu il flaqman smartfonlar seqmentinə geri qayıdacaq. İndi isə şirkətin bu il üçün ilk flaqman smartfon modelinin nə zaman təqdim olunacağı barəsində məlumat ortaya çıxıb. Belə ki, Android Headlines saytının verdiyi məlumata əsasən şirkət artıq flaqman smartfonun təqdimat tədbiri üçün dəvətnamələri göndərməyə başlayıb və həmin tədbir 23 fevral tarixində baş tutacaq. Yəni MWC 2020 sərgisindən bir gün öncə.

illi.Az technote.az-a istinadən bildirir ki, həmin təqdimat tədbirində məhz flaqman smartfon modeli təqdim olunacaq. Smartfonun necə adlanacağı barəsində şirkət bir məlumat verməyib. Techdroider mənbəsinin verdiyi məlumata əsasən söhbət, Motorola Edge+ adlı smartfon modelindən gedir. Qeyd etmək lazımdır ki, Motorola-nın yeni flaqman smartfon modeli Snapdragon 865 prosessoru ilə təchiz olunmalıdır. Bundan əlavə olaraq təqdimat tədbirində həmçinin Motorola G8, 5000 mAh batareya həcminə sahib G8 Power-i və stilusa sahib smartfonu da təqdim edə bilərlər.

Milli.Az


Etiketlər:  Motorola nın yeni flaqman smartfon modelinin təqdimat tarixi məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ