Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusla mübarizə üçün 2 günə böyük xəstəxana tikildi - FOTO

Koronavirusla mübarizə üçün 2 günə böyük xəstəxana tikildi - FOTO

Tarix: 31 Yanvar 2020 01:30

Çinin koronavirusla mübarizəsi davam edir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, virusun mərkəzi hesab edilən Uhandan sonra ikinci təhlükəli şəhər hesab edilən Huanqqanqda iki gün ərzində təcili yardım xəstəxanası inşa edilib. 7,5 milyon əhalisi olan şəhərdə xəstələrin sayı artdığından xəstəxana tikilməsi üçün təcili elan verilib. İnsanlar əl-ələ verərək binanı 2 günə ərsəyə gətirib.

"Dabie Mountain" adı verilən xəstəxanaya infeksiyaya yoluxmuş xəstələr yerləşdirilb. Bina inşaat işçilərinin, sosial xidmət şirkətləri və polis məmurlarının dəstəyi ilə tamamlanıb. Könüllülər tərəfindən xəstəxanaya su, elektrik, internet çəkilişi təmin edilib. Ümumilikdə bu işdə 500-dən çox insanın əməyi olduğu bildirilir.


Etiketlər:  Koronavirusla mübarizə üçün günə böyük xəstəxana tikildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ