Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 07:58
Amerikalı iş adamı İlon Maskın varidatı ona məxsus Tesla kompaniyasının bazar kapitallaşmasının yüksəlməsi hesabına bir saatda 2,3 milyard dollar artıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Bloomberg agentliyinin hesablamalarında əksini tapıb.
Nyu-York fond birjasının xülasəsinə əsasən, çərşənbə günü ticarətin sonuna yaxın Teslanın səhmlərinin kotirovkaları 14,09 dollar yüksələrək 580,99 dollara çatıb. Bundan sonra həmin göstərici daha 12 faiz artaraq 649 dollar olub. Bu, SpaseX kompaniyasında 14,6 milyard dollar payı olan İlon Maskın varidatının təxminən 36 milyard dollaradək yüksəlməsini şərtləndirib.
Forbes jurnalı yanvarın 29-u vəziyyətinə Maskın sərvətini 32,3 milyard dollar qiymətləndirib. Jurnalın tərtib etdiyi cədvəldə o, dünyanın ən varlı insanları arasında 28-ci yerdən 23-cü yerə qalxıb.
İlon Maskın əsas investisiyaları alternativ elektrik energetikası və kosmik kommersiya xidmətləri ilə bağlıdır. Sahibkar, həmçinin SpaseX kompaniyasının başçısıdır. Kompaniya öz raket daşıyıcılarından orbitə faydalı yüklər çıxarılması üçün istifadə edir və yeni kosmik gəmilər işləyib hazırlayır.