Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 08:38
Almaniya II Bundesliqasında XX tura start verilib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Aue" turun açılış oyununda meydana çıxıb.
Adıçəkilən komanda lider "Arminiya"nı qəbul edib. Qolsuz bərabərliklə nəticələnən görüşdə start heyətində meydana çıxan Nazarov 80 dəqiqə mübarizə aparıb. Yarımmüdafiəçi sona 10 dəqiqə qalmış baş məşqçi tərəfindən əvəzlənib.
Bu nəticədən sonra "Aue" 30 xalla 6-cı pillədə qərarlaşır.