Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada daha bir təyyarə təcili eniş edib - FOTO

Rusiyada daha bir təyyarə təcili eniş edib - FOTO

Tarix: 1 Fevral 2020 14:50

Soçidən Moskvaya uçuş həyata keçirən sərnişin təyyarəsi Vnukova aeroportuna qayıdaraq təcili eniş etmək məcburiyyətində qalıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, təyyarə zolaqda yanğınsöndürən maşınlarla qarşılanıb. Hadisənin səbəbləri araşdırılır.

Hazırda bütün sərnişinlər aeroport binasına təxliyyə edilir. Zərərçəkənlərin olmadığı vurğulanıb.

Sərnişinlərin sözlərinə görə, onların başqa təyyarə ilə yola salınacağı bildirilib.

Xatırladaq ki, son bir həftədə Rusiyaya məxsus bir neçə təyyarə müxtəlif səbəblərdən təcili eniş etmək məcburiyyətində qalıb.


Etiketlər:  Rusiyada daha təyyarə təcili eniş edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ