Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 15:32
ARB TV-nin "Üçəlli" verilişində "Gizlənpaç" filmi ilə bağlı maraqlı sujet yayımlanıb.
Sonxeber.net xəbər verir ki, filmlə bağlı qeyri adi və tükirpədən hekayəni aktyor Müşviq Şahverdiyev danışıb:
"Çəkiliş günü içi mən qarışıq hamı kəfən geyiməlidir. Bayram Kürdəxanılı dedi ki, yox mən getdim. Dedik xahiş edirik, iş yarıda qalır axı. Dedi ki, yox qardaşım, kəfənin düşəri, düşməzi olar, geyinə bilmərəm. Dedim mən də onu geyinəcəm, pessimist düşünmə. Dedi ki, nə geyimdə gəlmişəmsə o geyimdə çəkilim, alınmırsa mən gedim. Biz də məcbur razılaşdıq. Bayramı çəkdik. Təəssüf olsun ki, o fimdən sonra Bayram Kürdəxanlı rəhmətə getdi. Çox dəhşətli bir şeydir".
Qeyd edək ki, artıq ARB telekanalında kommersiya filimlərinin yayımı başlayır və ilk efir də elə "Gizlənpaç" filmi olacacaq. Film isə bu gün saat 10:55 də efirə gedəcək.