Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2019 11:32
İlk xəbər saat 09:57-də yayımlanıb
Bakı. Trend:
Səhər saatlarında Almatı-Daşkənd yolunda baş vermiş qəza nəticəsində yaralanan 29 nəfərdən 7-nin Özbəkistan vətəndaşı olduğu bildirilib. Trend-in məlumatına görə, xəsarət almış bütün Özbəkistan vətəndaşları Otrar və Korday xəstəxanalarına yerləşdirilib. Ölən şəxslər arasında Özbəkistan vətəndaşı olmadığı bildirilir.
X X X
Qazaxıstanda ağır yol nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər hadisə yerində dünyasını dəyişib. Xəstəxanaya 32 nəfər çatdırılıb, daha 3 nəfər xəstəxanada dünyasını dəyişib.
Qəza səhər saatlarında Almatı-Daşkənd yolunda baş verib. Məlumata görə, "Toyota Camry" markalı avtomobil yolun kənarında olan yük maşını ilə toqquşaraq qəza edib. Hərəkətdə olan sərnişin avtobusu qəzadan yayınmaq istəsə də, sürücü idarəetməni itirib və qəza baş verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin