Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sidneydə sərxoş sürücü 4 uşaq öldürdü

Sidneydə sərxoş sürücü 4 uşaq öldürdü

Tarix: 1 Fevral 2020 20:58

Sidneydə velosiped sürən 5 uşaq qəzaya uğrayıb. Avtomobil tərəfindən vurulan 5 uşaqdan 4-ü hadisə yerində ölüb. Şəhərin şimal-qərbindəki Oatlands bölgəsindəki bir qolf klubunun yaxınlığında baş verən qəzanı yerli media "uşaq qırğını" kimi səciyyələndirib.

Ölənlərin hamısı 12 yaşına çatmamış uşaqlardır. Hadisə yerinə gələn Təcili Yardım Xidməti işçiləri şənbə axşamı dəhşətə gəldiklərini söyləyiblər.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, qəza qurbanlarının Maronit xristian icmasından olduğu bildirilir. Ölənlərin üçü bacı-qardaşdır, bir uşaq isə ailənin dostu kimi təqdim olunur.

Dini icma Facebook səhifəsindəki statusunda yazıb: "Bu gecə yatmazdan əvvəl dualarınızda uşaqlarını itirmiş gənc Maronit ailəsini xatırlamağınızı rica edirik".

Qəza zamanı ağır yara alan 5-ci uşağın həyatına ciddi təhlükənin olmadığı bildirilir.

Hazırda onun vəziyyəti stabildir.

"Mitsubishi" nin 29 yaşlı sürücüsü hadisə yerində tutulub. Polisin yol kənarında keçirdiyi nəfəs testindən sonra sürücünün böyük həcimdə alkoqol qəbul etdiyi ortaya çıxıb.


Etiketlər:  Sidneydə sərxoş sürücü uşaq öldürdü


RƏYLƏR