Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 14:05
Xanəndə Eldəniz Məmmədov toy bazarında müğənnilərin işinə əngəl olan prodüserlərdən gileylənib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı bu barədə ARB kanalında yayımlanan "Söhbət var" verilişində danışıb:
"Müəyyən prodüserlər var ki, xaricdəki toylara, tədbirlərə ev sahibi istəsə belə, çalışırlar ki, həmin müğənnini onun gözündən salsınlar və öz istədiyi müğənnini onun yerinə düzüb-qoşsunlar. Məsələn, indiki ilə müqayisədə biz 4-5 il bundan əvvəl Rusiyadakı toylara daha çox gedirdik. 1 saniyə içində ifaçını toy sahibinin gözündən salmağa çalışanlar, müğənnilərin oraya getməsinə mane olan prodüserlər var".