Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''AccessBank'' sahibkarları biznes foruma dəvət edir

''AccessBank'' sahibkarları biznes foruma dəvət edir

Tarix: 20 May 2019 12:09

Bakı. Trend:

2019-cu ilin iyun ayının 11-də "Four Seasons" hotelində AccessBank-ın təşkilatçılığı ilə biznes forumu keçiriləcək.

Trend-in məlumatına görə, sahibkarların iştirakı ilə baş tutacaq tədbirdə aktual olan məsələlər ətrafında müzakirələr aparılacaq.

Biznes forum paralel keçirilən iki paneldən ibarət olacaq. "Vergi" və "Gömrük" panellərinə qatılanlar AccessBank-ın əməkdaşları, bu sahələr üzrə ixtisaslaşmış ekspertlər, BİG-4 üzvü olan şirkət nümayəndələrinə öz suallarını ünvanlaya bilərlər.

Qeyd edək ki, tədbir saat 15:00-da başlayacaq və 19:00-dək davam edəcək. Tədbirdə iştirak etmək istəyən şəxslər onlayn qeydiyyatdan keçməlidir.

Yerlərin sayı məhdud olduğundan müraciətlərə baxıldıqdan sonra təsdiqlənmiş iştirakçılara məlumat veriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  AccessBank sahibkarları biznes foruma dəvət edir


RƏYLƏR