Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 00:36
“Qəbələ” İdman Klubunun taekvondoçuları növbəti uğura imza atıblar.
Qol.az klubun saytına istinadən xəbər verir ki, onlar Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə fərqləniblər.
Azərbaycan milli komandasının üzvləri Cavad Ağayev və Məhəmməd Məmmədov ənənəvi “Turkish open” turnirində mükafatçılar sırasına düşüb. Taekvondoçularımız İstanbulda bir qızıl və bir bürünc medala yiyələniblər. 68 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərinə qalib gələrək yarışın çempionu adını qazanıb. Məhəmməd isə (80 kq) 3-cü yerin sahibi kimi fəxri kürsüyə qalxıb.